Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda kişi və qadınların çəkisi artır, boyları isə uzanır

Azərbaycanda kişi və qadınların çəkisi artır, boyları isə uzanır

Tarix: 26 Oktyabr 2023 18:44

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə kişi və qadınların orta çəkisi və boyu əvvəlki illə müqayisədə artıb. 

Sonxeber.net xəbər verir ki, Yenisabah.az Komitənin məlumatlarına əsasən ölkə əhalisinin orta çəkisi və boyu barədə araşdırma aparıb. 

Belə ki, ötən il Azərbaycanda kişilərin orta çəkisi 73.6, qadınların isə 66 kiloqram olub. 2021-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 72.1 və 65.2 kiloqram olub. 

Azərbaycanda qadınların orta boyu isə 2021-ci ildə 171.1 santimetrdən 171.4 santimetrə, qadınların orta boyu isə 163.6-dan 163.6-a qalxıb. 

2022-ci ildə qadınların 4.9%-i, kişilərin isə 4%-i artıq çəkili olub. Orta yaşlı və yaşlı əhali arasında artıq çəki daha çox müşahidə olunur. 


Etiketlər:  Azərbaycanda kişi qadınların çəkisi artır boyları isə uzanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ