Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə yük gəmisində partlayış olub, yaralılar var

Türkiyədə yük gəmisində partlayış olub, yaralılar var

Tarix: 27 Oktyabr 2023 07:54

Türkiyənin Fethiye şəhəri sahillərində yerləşən Niue bayraqlı "Serenity Ac" yük daşıyan gəmisində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Anadolu məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

75 metrlik gəmi insident zamanı Fethiye adasının yaxınlığında lövbər salıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Sahil mühafizəsi hadisə ilə bağlı xəbərdarlıq alıb gəmiyə xilasedici və polis qayıqlarını göndərib. Yaralılar Fethiye xəstəxanalarına çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az


Etiketlər:  Türkiyədə yük gəmisində partlayış olub yaralılar var


RƏYLƏR