Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ərim 800 manat maaş alır, axşamdan başım xarab olub" - VİDEO

Tarix: 27 Oktyabr 2023 14:50

Şair Nazilə Səfərli "Əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var" deyən psixoloqla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  şairə irad bildirərkən həyat yoldaşının maaşından söz açıb:

"Emosional tələbatın içində məbləğ yoxdur. Axşamdan psixologiyamızı pozmusan. Ərim 700-800 manat maaş alır. Necə mənə 3 min manatlıq telefon alsın? Camaatın ailəsini dağıtma. Axşamdan başım xarab olub. Gündəmə düşmək istəyirsənsə, min yolu var, zəng vur başa salaq".

Qeyd edək ki, psixoloq Əfsanə Rüstəmova "Günə son" proqramında "Əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var. Sillə dəyəndən sonra hər şey üçün gecdir. Sizin şəxsiyyətinizə xələl gələndən sonra şuba da geyinsəniz, 3 yox, 5 minlik telefon da işlətsəniz də,  qırılmış şəxsiyyətinizi bərpa edə bilməyəcəksiniz" sözlərini söyləyib. 

Milli.Az


Etiketlər:  Ərim 800 manat maaş alır axşamdan başım xarab olub VİDEO


RƏYLƏR