Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2023 16:05
Qadının maddi ehtiyaclarının qarşılanması üçün ərə getməsi ilə maddi ehtiyacları üçün pis yola düşməsi arasında çox fərq görmürəm. Nəticədə hər iki durumda özünü satmış olur.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı Nigar Sabirqızı sosial mediada yazıb. O, psixoloq Əfsanə Rüstəmovanın efirdə "3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə almalıdır, ya da boşanmalıyam" sözlərinə münasibət bildirib. Aparıcı hesab edir ki, qadın öz ayaqları üzərində dayanmağı bacarmalıdır.
"Bunun üçün də qız övladlarına mütləq təhsil verilməlidir. Və onlara aşılanmalıdır ki, sən hər şeyə özün nail ola bilərsən. Sən ərə Iphone üçün getməməlisən, ərə, həyatını sevdiyin adamla keçirmək, dünyaya övlad gətirib cəmiyyətə faydalı insan vermək üçün getməlisən", - Nigar Sabirqızı paylaşımında qeyd edib.