Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Qəzzada HƏMAS-ın əsas bazasının yerini açıqladı

İsrail Qəzzada HƏMAS-ın əsas bazasının yerini açıqladı

Tarix: 27 Oktyabr 2023 19:12

"Fələstinin radikal HƏMAS hərəkatının əməliyyatlarının əsas bazası Qəzza zolağında Şifa xəstəxanasının altında yerləşir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi kontr-admiral Daniel Həqari deyib.

O qeyd edib ki, HƏMAS-ın anklavdakı ən böyük xəstəxananın altında bir neçə yeraltı kompleksi var. Qrup liderləri buradan İsrailə birbaşa hücumlar etmək və silah saxlamaq üçün mərkəz kimi istifadə edirlər. Həqarinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri həm xəstəxananın xaricində, həm də içərisində yeraltı bazaya aparan bir neçə tunelin yerini aşkar edib.

Kontr-admiral əlavə edib ki, 1500 çarpayı və təxminən 4000 işçisi olan xəstəxanadan HƏMAS silahlıları canlı qalxan kimi istifadə edirlər.

Milli.Az


Etiketlər:  İsrail Qəzzada HƏMAS ın əsas bazasının yerini açıqladı


RƏYLƏR