Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi

Tarix: 28 Oktyabr 2023 08:54

Türkiyə Superliqası komandalarından "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komandaya Hakan Keleş baş məşqçilik edəcək. Onunla 2023/24 mövsümünün sonunadək müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bu vəzifədə Aleksandar Stanoyeviçi əvəzləyib.

H.Keleşin son klubu isə "Giresunspor" olub (2020-2023).  

Qeyd edək ki, "Konyaspor" hazırda Superliqanın turnir cədvəlində 9 xalla 15-cidir.

Milli.Az


Etiketlər:  Superliqa klubunda yeni baş məşqçi


RƏYLƏR