Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 21:44
Bakı, Trend:
73 nəfərin ölümü ilə nəticələnən qatardakı yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Trend-in məlumatına görə, bunu Pakistanın dəmir yolu operatoru tərəfindən aparılan araşdırmanın nəticələri göstərir. "Yanğının bəzi ekonom sinif sərnişinlərinin səhər yeməyi verməyə başladıqdan sonra meydana gəldiyi məlum oldu" deyə Pakistan Dəmir Yolları-nın icraçı direktoru Ajaz Ahmad Buriro bildirib. "Hadisə ilə bağlı ilkin hesabat şənbə günü çıxıb, istintaqın nəticələri noyabrın 20-dək hazırlanacaq" deyə Buriro əlavə edib.
Oktyabrın 31-də Qaraçı şəhərindən Ravalpindi şəhərinə qaz silindrinin partlaması nəticəsində qatarda yanğın baş verib. İlkin məlumatlara görə, 73 nəfərdən çox insan ölüb, 40-dan çox adam isə yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin