Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 20:22
Bu gün Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Yermak vurğulayıb ki, sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.
Qeyd edək ki, sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.