Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 22:32
İsrail ordusu Qəzza zolağının şimal hissəsinin sakinlərini bir daha təcili olaraq ərazini tərk etməyə çağırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib.
"Öz təhlükəsizliyiniz üçün cənuba doğru hərəkət edin. Gərgin döyüşlər başa çatdıqdan sonra sakinlər öz evlərinə qayıda biləcəklər. HƏMAS yaşayış məntəqələrinə silah yerləşdirməklə onların həyatlarını təhlükəyə atır", - Haqari bildirib.