Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 12:08
Rusiya ilə Türkiyə "daha ədalətli və demokratik dünya nizamının qurulması naminə" ikitərəfli münasibətləri inkişaf etdirəcəklər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyənin 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə ünvanladığı teleqramda bildirib.
"Əminəm ki, biz dost xalqlarımızın mənafeyi uğrunda, daha ədalətli və demokratik dünya nizamının qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün kompleksini ardıcıl şəkildə davam etdirəcəyik. Sizə - cansağlığı və uğurlar, həmvətənlərinizə xoşbəxtlik və firavanlıq diləyirəm", - Putinin məktubunda qeyd olunub.
O əlavə edib ki, müxtəlif sahələrdə əməkdaşlıq yaxşı gəlir gətirir və böyük birgə layihələr sistemli şəkildə həyata keçirilir. Rusiya lideri vurğulayıb ki, Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində səyləri uğurla əlaqələndirirlər.