Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 14:24
"Bu, şübhəsiz ki, ssenaridə yox idi. O, çox yöndəmsiz döyüşçüdür, güclü yumruq zərbələri var və boksçu kimi gözlənildiyindən də yaxşıdır. Bu, mənim üçüb son 10 ilin ən çətin döyüşlərindən biri olub. Nokdaun? Xüsusi bir şey yoxdu, yenə başımın arxasından vurdular, ayağa qalxdım. Uzun müddət, 11 aydır ki, rinqdə deyiləm, amma bəhanə olmamalıdır, Ngannu yaxşı idi. Uzun müddətdir hazırlaşırdım, evə getmək, dincəlmək istəyirəm, sonra nə olacağını görəcəyik", - Fyuri döyüşdən sonra deyib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Britaniyalı boksçu Tayson Fyuri kamerunlu Frensis Nqannu ilə döyüşdə üçüncü raundda nokdaun almasını şərh edib. İdman.biz-in məlumatına görə, döyüşün hakimlərin qərarı ilə Fyurinin qalib gəlməsi ilə başa çatıb.
Fyuri üçün bu qələbə onun peşəkar rinqdə 34-cü olub. Bir görüş heç-heçə ilə bitib. Nqannu isə boksda debüt döyüşünü keçirib.