Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sunak və Makron Yaxın Şərqi müzakirə etdi

Sunak və Makron Yaxın Şərqi müzakirə etdi

Tarix: 29 Oktyabr 2023 20:24

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, liderlər Yaxın Şərqdə, xüsusilə İordan çayının qərb sahilində gərginliyin artması ehtimalından narahat olduqlarını bildiriblər.

Məlumata görə, Sunak və Makron Qəzza zolağının sakinlərinə humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayaraq, ehtiyacı olanlara ərzaq, yanacaq, su və dərmanların çatdırılması, habelə əcnəbilərin oradan çıxarılması üçün birgə işləmək barədə razılığa gəliblər.


Etiketlər:  Sunak Makron Yaxın Şərqi müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ