Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kremldən Mahaçqalada baş verənlərə REAKSİYA

Kremldən Mahaçqalada baş verənlərə REAKSİYA

Tarix: 30 Oktyabr 2023 16:30

Kreml dünən Mahaçqalada baş verən hadisələri şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, xarici müdaxilənin, o cümlədən informasiya müdaxiləsinin nəticəsidir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Peskov həmçinin bildirib ki, bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində geniş toplantı keçiriləcək.

"Rusiya prezidenti Vladimir Putin bu gün Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etmək məqsədilə görüş keçirəcək", - Peskov qeyd edib.

İclasda ölkənin bütün rəhbərliyinin iştirak edəcəyi bildirilir. Rusiya prezidentinin mətbuat katibi Mahaçqala hadisələrinin iştirakçılarına qarşı görülə biləcək tədbirləri şərh etməyib, görüşü gözləməyi təklif edib.

Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla, 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.


Etiketlər:  Kremldən Mahaçqalada baş verənlərə REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ