Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna bir aya məğlub ola bilər - Makqovern

Ukrayna bir aya məğlub ola bilər - Makqovern

Tarix: 30 Oktyabr 2023 20:54

Ukrayna Silahlı Qüvvələri yaxın gələcəkdə Rusiya qarşısında tab gətirə bilməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Rey Makqovern deyib.

Onun fikrincə, rus qoşunları şaxta başlayan kimi Dnepr çayının o biri tərəfinə keçə bilər və bu, artıq təxminən bir aya mümkündür:

"ABŞ Prezidenti Bayden səhvini etiraf etməli olacaq. O, Moskvanın guya uduzduğunu demişdi, amma Rusiya qalib gəlir".

Analitikin sözlərinə görə, ABŞ Konqresi Ukraynaya yeni hərbi yardım paketini təsdiqləsə belə, bu, Ukrayna ordusunun mövqeyinə təsir etməyəcək:

"Yaxın aylarda Kiyev hakimiyyəti son məğlubiyyətlə üzləşə bilər".

Milli.Az


Etiketlər:  Ukrayna bir aya məğlub ola bilər Makqovern


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ