Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslar onları da orduya cəlb edir: imtina etsələr...

Ruslar onları da orduya cəlb edir: imtina etsələr...

Tarix: 31 Oktyabr 2023 09:12

Ruslar Ukraynanın şərqində işğal olunmuş ərazilərdən məhbusları orduya cəlb etməyə çalışırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ukraynanın Milli Müqavimət Mərkəzinin mənbələrdən əldə etdiyi məlumata görə, söhbət hələ saxta "respublika"lar yaranmamışdan əvvəl məhkum olunmuş məhbuslardan gedir.

Qeyd olunur ki, Donetsk və Luqansk vilayətlərinin "administrasiya"sı yerli əməkdaşlara Ukrayna qanunlarına əsasən məhkum edilmiş və 2014-cü ildən və ya daha əvvəl cəza çəkən məhbusların siyahısını təqdim etməyi tapşırıb:

"Düşmən artıq bu məhbusları Ukraynanın hüquq-mühafizə orqanlarına qarşı inciklik hissləri ilə manipulyasiya edərək Rusiya qüvvələrinin sıralarına cəlb etməyə başlayıb. Onlar xidmətdən imtina etsələr, həbsxana rəhbərliyi tərəfindən daha pis rəftarla hədələnirlər".

Milli.Az


Etiketlər:  Ruslar onları da orduya cəlb edir imtina etsələr


RƏYLƏR