Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüdo üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olundu

Cüdo üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olundu

Tarix: 31 Oktyabr 2023 11:36

Cüdo üzrə Azərbaycan millisində məşqçi dəyişikliyi baş verib.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Mehman Əzizovla əməkdaşlığın davam etdirilməməsi qərara alınıb və onunla müqaviləyə xitam verilib.

Əvəzində Rüstəm Alimli böyüklərdən ibarət milliyə məşqçi təyin olunub. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Milli.Az


Etiketlər:  Cüdo üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olundu


RƏYLƏR