Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu Aİ-ni Misirə təzyiq göstərməyə çağırdı

Netanyahu Aİ-ni Misirə təzyiq göstərməyə çağırdı

Tarix: 31 Oktyabr 2023 14:36

İsrailin Baş naziri Benyamin Netanyahu Avropa İttifaqını Qəzzadan gedən köçkünləri qəbul etməsi üçün Misirə təzyiq göstərməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Financial Times" nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Həmçinin əlavə olunub ki, Netanyahu belə bir təkliflə ötən həftə keçirdiyi görüşlərdə çıxış edib və ötən ayın 26-27 tarixlərində Aİ sammitində müzakirə olunub.

Rəsmi Qahirə Aİ-yə açıq şəkildə bildirib ki, müəyyən şərtlər daxilində Qəzza bölgəsinə humanitar yardım göndərməyə hazırdır, lakin heç bir halda ikili vətəndaşlığı olmayan insanların Qəzzanı tərk edərək Misirə getməsinə icazə verməyəcək.

Milli.Az


Etiketlər:  Netanyahu ni Misirə təzyiq göstərməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ