Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 20:02
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, İranın xarici işlər naziri oktyabrın 7-dən bəri HƏMAS Siyasi Bürosunun rəhbəri ilə ikinci dəfə görüşüb.