Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 21:20
"Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah cümə günü İsrail-HƏMAS savaşının başlamasından bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış edəcək.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə terror təşkilatına bağlı "Al Mayadeen" məlumat yayıb.
HƏMAS-la savaş başlayandan sonra "Hizbullah" ara-sıra Livandan İsrail tərəfini hədəfə alır. İsraildən terror qruplaşmasına dəfələrlə kənarda qalması barədə xəbərdarlıq edilib.