Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aleyna Tilki Castin Biberə görə niyə utanıb?

Aleyna Tilki Castin Biberə görə niyə utanıb?

Tarix: 1 Noyabr 2023 09:05

Türkiyəli popstar Aleyna Tilki maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni teleşoulardan birində amerikalı məşhur ulduz Castin Biberin ondan xoşlanıb, tanış olmaq üçün xeyli cəhd göstərməsindən danışıb.

"Nyu-Yorkda otellərdən birinin lobisində qarşılaşdıq. 18 yaşım tamam olmadığı üçün mənə barda oturmağa icazə yox idi. Bir oğlan yanaşdı, mənim keçə biləcəyimi söylədi, masaya bahalı yeməklər və içkilər sifariş etdi. Məndən xoşlandığını söylədi. Onun səmimi davranışından narahat oldum və bildirdim ki, ölkəmdə populyar biriyəm, bu qədər yaxınlıq eləməsin. O sadəcə gülümsədi. Elə bu vaxt bir neçə qız yanımıza gəlib ondan avtoqraf aldılar, Castini çəkib apardılar. Mən barmendən bu oğlanın kim olduğunu soruşdum. O da dünya şöhrətli müğənni Castin Biber olduğunu dedi. Castini tanımadığım üçün özümdən utandım", - Aleyna Tilki bildirib.

Milli.Az


Etiketlər:  Aleyna Tilki Castin Biberə görə niyə utanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ