Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk Hava Yolları İstanbuldan bütün uçuşları 3 saatlığa ləğv edib

Türk Hava Yolları İstanbuldan bütün uçuşları 3 saatlığa ləğv edib

Tarix: 1 Noyabr 2023 20:38

Türk Hava Yolları sistemli texniki nasazlığa görə yerli vaxtla 19:00-22:00 aralığında İstanbuldan olan bütün uçuşları ləğv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Üstyun "X" sosial şəbəkəsində məlumat verib.

"Müvafiq bölməmiz şəbəkə infrastrukturu ilə bağlı problemlərin səbəb olduğu biletlərin satışı və rezervasiyalarında yaranan problemləri aradan qaldırmaq üçün işlərini davam etdirir. Mövcud vəziyyətlə bağlı ən son məlumatları paylaşmağa davam edəcəyik", - sözçü yazıb.

Milli.Az


Etiketlər:  Türk Hava Yolları İstanbuldan bütün uçuşları 3 saatlığa ləğv edib


RƏYLƏR