Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ortancıl uşaqlar cinayət törətməyə daha çox meyllidir?

Ortancıl uşaqlar cinayət törətməyə daha çox meyllidir?

Tarix: 1 Noyabr 2023 20:45

Eşitmişik ki, adətən birinci uşaqlar ikinci uşaqlardan daha ağıllı olurlar. Bəs, bilirdinizmi ki, ikinci uşaqlar daha çox cinayət törədirlər?

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, araşdırmalara görə, ikinci uşaqlar intizam qaydalarını pozmağa daha çox meyllidirlər.

Hesabatlar da ikinci uşaqların daha üsyankar olduğunu təsdiqləyir. Tədqiqatçılar yüzlərlə bacı-qardaşdan toplanan məlumata əsasən, ikinci uşaqların 25-40% daha çox problemlə üzləşirlər.

Tədqiqatçılar:

"İki və ya daha çox uşağı olan ailələrdə ikincilərin birinci uşağa nisbətən 20-40% daha çox tənbehə məruz qalır və daha çox həbsxanaya düşür"-deyir.

"Yetkin insanlar birinci uşaqların rol modeli olurlar. İkinci uşaqların rol modelləri, onlardan bəlkə də 2 yaş böyük olan böyük bacı-qardaşlarıdır".

Valideynlərdən az diqqət görməsi və böyük bacı-qardaşı ilə rəqabətdə olması ikinci uşaqları daha üsyankar edir. Bu üsyankar münasibətə görə onların məktəbdə problemlə qarşılaşması və beləliklə də qanunu pozma ehtimalı artır.

"Birinci uşaqlar ikinci uşaq dünyaya gələnə qədər fasiləsiz diqqət mərkəzində olurlar. İkinci uşağın doğulması valideynin birinci uşağa sərmayəsinin müddətini uzadır".

Təbii ki, bu araşdırmalar ikinci uşaqların hamısının üsyankar olacağını və bir gün həbsxanaya düşəcəyini söyləmir. Bütün bunlar fərdin indiki ailə nizamı və insanın öz xarakterini necə inkişaf etdirməsi ilə bağlıdır.


Etiketlər:  Ortancıl uşaqlar cinayət törətməyə daha çox meyllidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ