Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəmin əri ilə bağlı şok iddia - Eyni anda dini nikahla... - VİDEO

Xoşqədəmin əri ilə bağlı şok iddia - Eyni anda dini nikahla... - VİDEO

Tarix: 1 Noyabr 2023 23:50

Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqramda şok iddia səslənib.

Milli.Az lent.az-a istinadən bildirir ki, verilişə qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş. Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib. Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş. Əsra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların "ailə tablosu" çərçivəsində birgə apardıqları verilişləri də var.

Doğuş öz instagram səhifəsində bir neçə gün öncə evliliklərinin 9 illiyi ilə bağlı status paylaşıb.

Milli.Az


Etiketlər:  Xoşqədəmin əri ilə bağlı şok iddia Eyni anda dini nikahla VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ