Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər

Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər

Tarix: 2 Noyabr 2023 07:27

İnsan ürək tutması və infarktın əlaməti kimi sinədə yanğı, ağrı, təzyiq əlamətlərini gözləyir.

Lakin professor Adam Teylor infarktın tamam başqa, ağlınıza gəlməyəcək simptomunu aşkarlayıb. Hətta bu simptom infarktdan aylar öncə biruzə verə bilər.

Milli.Az xəbər verir ki, dişlərdə ağ, yapışqanlı plyonka kimi ərpin olması sizə xəbərdarlıq ola bilər.

Alim bildirir ki, ağız boşluğunda pis, zərərli bakteriyalar çoxaldıqca, qan dövranına keçir, qanı zəhərləyir və qanla ürəyə gedərək, orqanda iltihabı proses və damarların pozulmasına səbəb olur.

Eləcə də ağızda turş dad, çənədə ağrı, diş ağrısına bənzər sancılar, diş üzərində fırça ilə belə getməyən ərpin olması ürəyin sağlam olmadığının göstəricisi ola bilər. /medicina.az

Milli.Az


Etiketlər:  Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər


RƏYLƏR