Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu ilə bağlı gözlənilməz mesaj - “Tezliklə...”

Netanyahu ilə bağlı gözlənilməz mesaj - “Tezliklə...”

Tarix: 2 Noyabr 2023 21:42

ABŞ Prezidenti Co Bayden hesab edir ki, İsrail Baş naziri Benyamin Netanyahunun siyasi karyerası başa çatmaq üzrədir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Amerikanın yüksək rütbəli rəsmilərinə istinadla "Politico" məlumat yayıb.

Nəşr iddia edir ki, dövlət başçısı artıq müşavirləri ilə bu məsələni müzakirə edib. Üstəlik, İsrailə səfəri zamanı Bayden birbaşa Netanyahu ilə bu mövzuda fikir mübadiləsi aparıb.

"Vaşinqton İsrail hökumətinin hazırkı rəhbərinin Qəzza zolağında hərbi əməliyyatların ilkin mərhələsi başa çatana qədər daha bir neçə ay öz postunda qalacağını istisna etmir", - məqalədə deyilir.

Bununla belə, Amerika nəşrinin mənbələrindən birinə görə, ABŞ administrasiyası Netanyahunun siyasi karyerasının tezliklə başa çatacağına əmindir.

Milli.Az


Etiketlər:  Netanyahu ilə bağlı gözlənilməz mesaj Tezliklə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ