Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahnıları ən çox tərcümə olunan müğənni kimdir?

Mahnıları ən çox tərcümə olunan müğənni kimdir?

Tarix: 2 Noyabr 2023 22:00

"WorldFinderX" şirkəti hansı sənətçilərin mahnılarının başqa dillərə daha çox tərcümə edildiyini göstərən araşdırma aparıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədqiqat zamanı 11 mindən çox musiqiçinin 277 min mahnısının tərcüməsi ilə bağlı məlumatlar təhlil edilib.

Yekun reytinqdə birinci yeri milyarder müğənni Teylor Svift tutub. İfaçının pərəstişkarları onun 365 trekini 57 dilə tərcümə ediblər.

Pop ulduzu BTS, Lana Del Rey, "The Beatles", "Rammstein" və Anna German izləyir.

Qeyd edək ki, 33 yaşlı Teylor Sviftin sərvəti Eras musiqi turu sayəsində 1 milyard dolları keçib.

Milli.Az


Etiketlər:  Mahnıları ən çox tərcümə olunan müğənni kimdir


RƏYLƏR