Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir”

''Kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir”

Tarix: 3 Noyabr 2023 06:09

Kəpək uzun müddət ərzində dəri parçalarının soyulduğu baş dərisi xəstəliyidir. Başda kəpəyin niyə yaranması, onun qarşısını almaq vasitələri barədə rusiyalı trixoloq və kosmetoloq Anastasiya Kurskaya danışıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ilk olaraq trixoloq qeyd edib ki, kəpəyə yoluxmaq mümkün deyil.

Kurskayaya görə, kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir, lakin şübhə və narahatlığa səbəb ola bilər.

Kəpəyin səbəbləri arasında Kurskaya seboreik dermatit, Malassezia cinsindən olan göbələk, baş dərisinin quruması, immunitet sisteminin pozğunluğu, stress, hormonal pozğunluqlar və s. olduğunu bildirib.

"Baş dərinizin sağlam görünüşünü bərpa etmək mümkündür, lakin bunun üçün mütəmadi olaraq saça qulluq qaydalarına riayət etməli, həmçinin pəhriz və həyat tərzinizdə müəyyən dəyişikliklər etməlisiniz", - deyə trixoloq qeyd edib.

Kurskaya kəpəyin baş dərisini narahat etməməsi üçün dərmanlı şampunlardan istifadə etməyi, saçı müalicəvi bitkilərdən hazırlanan dəmləmələrlə yaxalamağı, hər gün saçı ilıq su ilə yumağı və qurutmadan əvvəl istilik qoruyucuları tətbiq etməyi tövsiyə edib.

Kəpək uzun müddət günəşə məruz qalmaqdan da yarana bilər. Bu halda saçı ultrabənövşəyi şüalardan qoruyan papaq taxmaq daha yaxşıdır. Xlorlu su da kəpəyi gücləndirir. Ona görə də trixoloq hovuzda çimərkən həmişə papaq taxmağı tövsiyə edir.


Etiketlər:  Kəpək heç şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ