Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-cü ildə ən azı 46 jurnalist öldürülüb

2023-cü ildə ən azı 46 jurnalist öldürülüb

Tarix: 3 Noyabr 2023 08:58

"Bu ilin əvvəlindən dünyada azı 46 jurnalist öldürülüb, həbsdə olan bu peşənin nümayəndələrinin sayı isə 531 nəfərə çatıb".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.

"Cari il ərzində ən azı 46 jurnalist peşə fəaliyyəti ilə əlaqədar öldürülüb, həbsdə olanların sayı isə 531 nəfərə çatıb. Bir çox başqa jurnalistlər də qəbuledilməz təzyiq və zorakılığa məruz qalırlar" deyə Türk bildirib.

BMT-nin ali komissarı cəzasızlığa son qoymağa çağırıb və media mənsublarına qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb.

"Hökumətlər, polislər və məhkəmələr jurnalistlərin müdafiəsini gücləndirməli və onların mühüm işlərinin təhlükəsizliyini təmin etməlidir", - deyə Türk yekunlaşdırıb.

Oktyabrın 16-da media İsrailin endirdiyi zərbələr nəticəsində azı 11 jurnalistin öldüyünü bildirib.

Milli.Az


Etiketlər:  2023 ildə ən azı 46 jurnalist öldürülüb


RƏYLƏR