Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 21:26
SSRİ Xalq artisti Alla Puqaçovanın həbs olunması tələb olunur.
Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Xalqın çağırışı" təşkilatının rusiyalı ictimai fəalları çağırış edib. Belə ki, sözügedən qrup ifaçının Ukrayna ordusunu maliyyələşdirdiyini iddia edir və buna görə Puqaçovanın dindirilməsini istəyirlər.
""Xalqın çağırışı"nın ictimai fəalları Puqaçovanın "İnternetdə ictimai təhqir" adlı inzibati maddə ilə cəzalandırılmasını da tələb edirlər", - "Shot" teleqram kanalı qeyd edib.
Bildirilib ki, ictimai təşkilatın nümayəndələri müğənninin fəaliyyətinin araşdırılması xahişi ilə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ediblər.
Qeyd edək ki, Alla Puqaçova ötən gün Rusiyaya qayıdıb. Əri, komediya ustası Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb) onun yanında olmayıb.
Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Müğənninin İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.