Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada məktəb binası bombalandı - Ölən və yaralananlar var

Qəzzada məktəb binası bombalandı - Ölən və yaralananlar var

Tarix: 4 Noyabr 2023 07:12

Qəzzada məktəb binasına bombalı hücum olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Əl-Cəzirə"nin məlumatına görə, hücum nəticəsində 20-dən çox adam ölüb, onlarla insan yaralanıb.

"Əl-Qahira ai-İhbariya" telekanalı isə azı 50 nəfərin yaralandığını bildirib. Məktəb binasının içərisində anklavda gərginliyin artması səbəbindən evlərini tərk etməyə məcbur olan fələstinlilər olub.

Telekanalın məlumatına görə, hücum Fələstin zolağının inzibati mərkəzi olan Qəzzanın şimal hissəsində Əl-Səftavi bölgəsində yerləşən məktəbə olub.


Etiketlər:  Qəzzada məktəb binası bombalandı Ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ