Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emreli ''Dinamo Zaqreb''i məğlubiyyətdən xilas etdi

Mahir Emreli ''Dinamo Zaqreb''i məğlubiyyətdən xilas etdi

Tarix: 5 Noyabr 2023 20:42

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə "Varazdin"ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.

75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm "Dinamo"da beşinci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.


Etiketlər:  Mahir Emreli Dinamo Zaqrebi məğlubiyyətdən xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ