Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 12:10
Müharibənin uzanması və böyük ümidlər bəslənilən əks-hücumun aşkar uğursuzluğu ilə əlaqədar ukraynalılar arasında pessimizm artır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
"Ukrayna ordusunun cəbhə xətti boyunca səngərlərdə ilişib qalması, müttəfiqlərin silahlarının çox gec gəlməsi və indi də yardımların azalmağa başlayacağı fikirləri ukraynalıları pessimistliyə sürükləyir", - məlumatda deyilir.
Qeyd olunur ki, çoxsaylı sorğular ukraynalıların hökumət institutlarına da getdikcə inamlarını itirdiyini göstərir.