Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 2 məşhur klinika satıldı

Bakıda 2 məşhur klinika satıldı

Tarix: 6 Noyabr 2023 16:54

Azərbaycanda iki məşhur klinika - "Baku City Hospital" və "Türk-American Medical Center" satılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, hər iki klinikanı yeni şəxs alıb.

Məlumata görə, həmin şəxs "Baku City Hospital"a 8 milyon manat pul ödəyib. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.

Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.

Milli.Az


Etiketlər:  Bakıda 2 məşhur klinika satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ