Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 18:35
Cenner ailəsinin kiçik bacısı Kayli Cenner məşhur soyadından və şöhrətindən o qədər uğurla istifadə edib ki, o, artıq şou-biznes aləmində adını qızıl hərflərlə yazıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, avqust ayında 26 yaşını qeyd edən Kayli Jenner 400 milyona yaxın izləyicisi ilə sosial medianın ən böyük ulduzlarından biridir. Bu böyük gücün fərqində olan Kayli biznes təşəbbüsləri üçün sosial mediadan da dəstək alır.
Cennerin yeni qurduğu geyim markası "Khy" satışa başlayıb. Şirkət nümayəndələrinin dediyinə görə, brend satışa çıxarıldığı günün ilk saatında 1 milyon dollarlıq satış həcminə çatıb.