Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bacısını öldürüb başını bədənindən ayırdı - Qandonduran cinayət

Bacısını öldürüb başını bədənindən ayırdı - Qandonduran cinayət

Tarix: 6 Noyabr 2023 23:16

Bacısını öldürüb başını bədənindən ayıran Şahin Şaşmaz hakim qarşısına çıxıb: Ağırlaşdırılmış ömürlük həbs istənilir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada bacısı Songül Şaşmazı bıçaqladıqdan sonra başını balta ilə bədənindən ayıraraq öldürən Şahin Şaşmaz hakim qarşısına çıxıb.

Məhkəmə zalında şahidlər hadisənin qan donduran anını danışıblar.

Ankara 13-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda məhbus şübhəli Şahin Şaşırmaz (41), şikayətçi qardaşları və tərəflərin vəkilləri iştirak edib. İddianamənin oxunmasından sonra məhkəmə sədri məhbus şübhəli şahidlərə söz verilib: " Mənə dedilər ki, 155-ə zəng edim. Mübahisə gedən zaman bir gənc dostum göy rəngli maşına minib getdi, onun kim olduğunu bilmirəm. Gənc qadın qışqırırdı ki, qardaş, eləmə. Kişi balkonda qadına çoxsaylı bıçaq zərbələri endirib. Qadın yerə yıxıldı. O, baltanı əlinə alıb, başını bədənindən ayırıb. "Bunu bizə göstərdi" deyib.

Müttəhim, şahid və vəkillərin ifadələrindən sonra aralıq qərarını açıqlayan məhkəmə, həbsdə olan müttəhim Şahin Şaşmazla bağlı Ədliyyə Tibb Qurumundan hesabat alınmasına qərar verib və növbəti iclası 31 yanvar 2024-cü il tarixinə təxirə salıb.

Fidan
Milli.Az


Etiketlər:  Bacısını öldürüb başını bədənindən ayırdı Qandonduran cinayət


RƏYLƏR