Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə bu danışıqlara ev sahibliyi etməyə hazırdır

Türkiyə bu danışıqlara ev sahibliyi etməyə hazırdır

Tarix: 7 Noyabr 2023 15:26

Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə XİN-dən diplomatik mənbələr xarici işlər naziri Hakan Fidanın belaruslu həmkarı Sergey Aleyniklə görüşünün nəticələrinə dair bildirib.

Qeyd olunub ki, H. Fidan görüş zamanı "Ukraynadakı müharibə beynəlxalq hüquq əsasında bitməlidir. Tərəflər arasında iradə olarsa, Türkiyə danışıqlara ev sahibliyi etməyə hazırdır", - deyə belaruslu həmkarına bildirib.

Tərəflər həmçinin Qəzzada baş verən hadisələri də müzakirə ediblər.


Etiketlər:  Türkiyə danışıqlara sahibliyi etməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ