Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO)

Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO)

Tarix: 4 Noyabr 2019 15:30

Bakı. Trend:

Axşam bərpa olunan qaz xətti səhər saatlarında yenidən qırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.

Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib.

Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO) Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO) Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO) Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB? (FOTO)


Etiketlər:  Şamaxıda kənddə yoxdur SƏBƏB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ