Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi içkilər bəyaz təbəssümü məhv edir

Bəzi içkilər bəyaz təbəssümü məhv edir

Tarix: 7 Noyabr 2023 22:51

Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.

Sonxeber.net xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".

Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib. (publika.az)


Etiketlər:  Bəzi içkilər bəyaz təbəssümü məhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ