Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu meyvənin şirəsi xərçəngi zəiflədir

Bu meyvənin şirəsi xərçəngi zəiflədir

Tarix: 7 Noyabr 2023 23:21

Çoxsaylı araşdırmalar narın təsiredici xüsusiyyətini təsdiqləyib ki, bu da bədənin qocalma prosesini yavaşlatmaqla yanaşı, xərçəngin inkişaf riskini də azalda bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə "Express" məlumat yayıb.

"Narın uzunömürlülük və sağlamlığa dair effekti bir neçə sınaqdan keçirilib. Əldə olunan nəticələrə əsasən, nar suyu kişilərin və qadınların ömrünü 8-18 faiz uzadır.

Nar şirəsi hüceyrələrdə daha yaxşı mitokondrial funksiyanı təmin edən urolitin A adlı maddə ehtiva edir. Bu xüsusiyyət yaşlanmanı ləngitməyə kömək edir. Bundan əlavə, nar ürək xəstəliklərindən və xərçəngdən qoruya bilir.

Narın effekti xüsusilə prostat xərçəngi nümunəsində sübut edilib. Əsas göstəricisi prostata spesifik antigendir (PSA). PSA səviyyəsi qısa müddətdə iki dəfə artan kişilərdə prostat xərçəngindən ölüm riski yüksəlir. Gündə 237 ml nar suyu içmək PSA-nın ikiqat artma müddətini 15-54 ay arasında ləngidir və bununla da onkoloji riski azaldır", - məqalədə qeyd edilir. (publika.az)


Etiketlər:  meyvənin şirəsi xərçəngi zəiflədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ