Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Android” üçün “Office” paketinin bütün proqramlarını bir mobil tətbiqdə birləşdirib

“Microsoft” korporasiyası “Android” üçün “Office” paketinin bütün proqramlarını bir mobil tətbiqdə birləşdirib

Tarix: 4 Noyabr 2019 15:52

“Microsoft” şirkəti “Android” platforması üçün ofis alətlərinin bütün paketini özündə birləşdirən yeni “Office” proqramının beta sınaqlarına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Microsoft Office: Word, Excel, PowerPoint” adlı mobil tətbiq ofis sənədləri, cədvəllər və təqdimatlarla işi, həmçinin birgə redaktə və fayllara ümumi girişi dəstəkləyir.

 

Yeni mobil tətbiqin özəlliklərindən biri şəkillərdən PDF fayllar hazırlamaq və ya “Word”, “Excel” və “PowerPoint” fayllarını PDF formatına çevirmək imkanıdır. Bu faylları elektron imza ilə imzalayıb göndərmək olar.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Android üçün Office paketinin bütün proqramlarını mobil tətbiqdə birləşdirib


RƏYLƏR