Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzema baş məşqçisiz qaldı

Benzema baş məşqçisiz qaldı

Tarix: 8 Noyabr 2023 10:02

Portuqaliyalı mütəxəssis Nunu Espiritu-Santu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu tərk edib. 

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayaraq ayrılığı rəsmən təsdiqləyib.

49 yaşlı mütəxəssis 2022-ci ilin iyulundan Kərim Benzema və Nqolo Kantenin çıxış etdiyi kluba rəhbərlik edirdi. Ötən mövsüm komanda ilə birlikdə o, ölkə çempionu olub. Lakin son aylar onun "Əl-İttihad"da işləri yaxşı getmirdi. Belə ki, komanda bu il sentyabrın 21-dən bəri cəmi bir qələbə qazana bilib.

"Əl-İttihad"ın Eşpiritu-Santunun yerinə iki ulduz mütəxəssislə danışıq aparıldığı bildirilir.


Etiketlər:  Benzema baş məşqçisiz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ