Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bu, bir qəhrəmanlıq dastanıdır

Prezident: Bu, bir qəhrəmanlıq dastanıdır

Tarix: 8 Noyabr 2023 16:09

Bu günü (Zəfər Günü - red.) bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.

Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır".

Milli.Az


Etiketlər:  Prezident Bu bir qəhrəmanlıq dastanıdır


RƏYLƏR