Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı bu təklifi qəbul etməyəcək - Ağazaryan

Bakı bu təklifi qəbul etməyəcək - Ağazaryan

Tarix: 9 Noyabr 2023 09:24

Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.

Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.

Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:

"Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".


Etiketlər:  Bakı təklifi qəbul etməyəcək Ağazaryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ