Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 10:36
Xaricdəki bütün erməni mallarının yarıdan çoxunu Rusiya alır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat verib.
Məlumata görə, ümumilikdə Ermənistanın ixracatının 2,793 milyard dolları Avrasiya İqtisadi İttifaqı ölkələrinin payına düşür ki, burada da Rusiyanın bazar payı 2,645 milyard dollardır.
Ermənistanın ixracında ən böyük payı qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar (1,1 milyard dollar) təşkil edib. İkinci yerdə maşın, avadanlıq və mexanizmlər (898 milyon dollar) qərarlaşıb. Üçüncü yerdə filiz və xammal (685 milyon dollar) gəlir.