Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Ukraynaya yardım etməyə pulu qalmayıb

ABŞ-ın Ukraynaya yardım etməyə pulu qalmayıb

Tarix: 9 Noyabr 2023 11:54

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardım üçün ayrılan vəsaitin təxminən 96 %-ni xərcləyib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə jurnalistlərə bildirib.

"Hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya yardım üçün ayırdığımız bütün vəsaiti, yəni 60 milyarddan çox dolları nəzərə alsaq, deməli, təxminən 96 %-ni xərcləmişik. Söhbət təkcə hərbi yardım üçün deyil, həm də maliyyə və iqtisadi dəstək, humanitar yardım üçün puldan gedir", - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ həm də xüsusi olaraq hərbi yardım üçün ayrılan vəsaitin 90 %-dən çoxunu xərcləyib.

"İndi qış başlamazdan əvvəl Müdafiə Nazirliyinin təxminən 1,1 milyard dolları qalıb", - o əlavə edib. 

Milli.Az


Etiketlər:  ABŞ ın Ukraynaya yardım etməyə pulu qalmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ