Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın məşqçi kişi futbol komandasını çalışdıracaq

Qadın məşqçi kişi futbol komandasını çalışdıracaq

Tarix: 9 Noyabr 2023 18:28

Qadınlardan ibarət Ukrayna millisinin sabiq futbolçu İya Andruşçak "Vorskla"nın kişilərdən ibarət U-19 komandasının baş məşqçisi təyin olunub. 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna klubunun saytı məlumat yayıb. Tərəflər altı ay müddətinə razılığa gəliblər. Ukraynalı UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. 

Andruşçak Sankt-Peterburqda anadan olub. 2012-2016-cı illərdə Rusiyada "Kubanoçka" (2012-2013) və "Zvezda 2005" (2013-2016) klublarında oynayıb. İya iki dəfə Rusiya çempionatının və üç dəfə ölkə kubokunun qalibi olub. 


Etiketlər:  Qadın məşqçi kişi futbol komandasını çalışdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ