Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək

Prezident: İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək

Tarix: 9 Noyabr 2023 19:33

Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə deyib.

Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək".

Milli.Az


Etiketlər:  Prezident İran Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək münasibətləri gücləndirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ