Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden İranı HƏDƏLƏDİ: "Hədəfləri vurmağa hazırıq"

Bayden İranı HƏDƏLƏDİ:

Tarix: 9 Noyabr 2023 20:28

"Əgər belə bir tədbirə ehtiyac olarsa, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hədəfləri vurmağa hazırdır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Amerika lideri İranla bağlı qrupları da hədələyib: "Lazım gələrsə, ABŞ onların hədəflərini vura biləcək"

Noyabrın 9-na keçən gecə Deyr əz-Zor əyalətinin Fərat çayı sahilində ABŞ hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) müttəfiq kürd birləşmələri və Suriya ordusu arasında toqquşmalar başlayıb. Toqquşmalar başlamazdan əvvəl Deyr əz-Zordakı Koniko qaz yatağındakı ABŞ bazası raket və pilotsuz təyyarələrdən atəşə tutulub.

Oktyabrın 27-də məlum olub ki, Bayden ABŞ Silahlı Qüvvələrinə silsilə hücumlara cavab olaraq Suriyada İrana məxsus olduğu iddia edilən hədəflərə zərbələr endirmək əmri verib.

Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, F-16 qırıcıları Suriyanın qərbində SEPAH və əlaqəli qruplar tərəfindən istifadə edilən iki hədəfi vurub.

Milli.Az


Etiketlər:  Bayden İranı HƏDƏLƏDİ Hədəfləri vurmağa hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ