Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gündə 4 polis intihar etdi

Bir gündə 4 polis intihar etdi

Tarix: 10 Noyabr 2023 11:40

Los-Ancelesdə bir gündə dörd polis məmuru intihar edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Los-Angeles Tayms" Los-Anceles polis rəisinin ofisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu intihar hallarının bir-biri ilə əlaqəli olması barədə məlumat yoxdur.

Hadisədən sonra Los-Anceles polis rəisi Robert Lun əməkdaşlarına müraciət edərək, onları həmkarlarının sağlamlığına diqqət yetirməyə çağırıb:

"Biz bu ölümlərlə bağlı məlumatdan şoka düşdük. Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq, əməkdaşların digər həmkarlarının və dostlarının durumunu izləməsi vacibdir".

Milli.Az


Etiketlər:  Bir gündə 4 polis intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ