Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə yük maşınlarının 16 kilometrlik növbəsi yarandı

Sərhəddə yük maşınlarının 16 kilometrlik növbəsi yarandı

Tarix: 11 Noyabr 2023 07:34

Ukrayna ilə sərhədin Slovakiya tərəfində Vışne Nemetske keçid məntəqəsinin qarşısında yük maşınlarının növbəsi yaranıb. Bu, Polşa-Ukrayna sərhədində nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayan polşalı daşıyıcıların etirazları ilə bağlıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Şərqi Slovakiya Polis İdarəsinin mətbuat xidməti öz Facebook səhifəsində məlumat yayıb.

Bu arada, Polşa və Ukrayna arasında sərhədi keçərkən yük daşımaları üçün gözləmə müddəti 48 saatı ötür. Polşa mətbuatının yazdığına görə, keçid məntəqəsi qarşısında yük maşınlarının növbəsinin uzunluğu 50 km-ə çatır.

Milli.Az


Etiketlər:  Sərhəddə yük maşınlarının kilometrlik növbəsi yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ